Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulub.

 Turun son matçında "Şamaxı" evdə "Neftçi" ilə üz-üzə gəlib. "Şirlər" bu matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Qarşılaşmadan sonra "Şamaxı"nın mərkəz hücumçusu Kamran Quliyev Offsideplus.az-a açıqlama verib. 23 yaşlı forvard məğlub olsalar da, "ağ-qaralar"a qarşı layiqli mübarizə apardıqlarını bildirib:

"Neftçi"yə qarşı layiqli mübarizə apardıq. Çoxsaylı qol epizodları yaratsaq da, bundan faydalana bilmədik. Təəssüf ki, yekunda qapımızda qol gördük. Bu nəticəni unudub, qarşıdakı oyunlara hazırlaşacağıq".

Qeyd edək ki, "Şamaxı" hazırda 20 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Daşqın Əziz