"Matçın çətin keçəcəyini bilirdik. "Turan Tovuz" öz meydanında çox yaxşı təsir bağışlayır. Çox istəyirdik ki, qalib gələk. Əfsuslar olsun ki, qapımıza penalti təyin olundu. Buna bəxtsizlik də deyərdim. Düzdür, bundan sonra komandamız "ayıldı", amma yekunda istədiyimiz nəticəni əldə edə bilmədik".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qəbələ"nin vingeri Rövlan Muradov deyib. 24 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün "Turan Tovuz"la səfərdə keçirdikləri oyundan (1:1) sonra fikirlərini bölüşüb.

O, millimizin qarşıdakı oyunları üçün baş məşqçidən dəvət gözlədiyini bildirib:

"Millidə çıxış etmək hər bir futbolçu üçün şərəf olmalıdır. Mən də öz növbəmdə baş məşqçidən təklif gözləyirəm və çağırışa hazıram".

Offsideplus.az