“Sabah” klubunun baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 26-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Oyunun məzmunu xoşuma gəldi. Baxmayaraq ki, sona qədər gərginlik vardı. Çox məmnunam ki, bu cür çətin oyunda qələbə qazandıq. Mənim rəqibə çox böyük hörmətim var. Onların çox yaxşı qol imkanları var idi. Təmiz və səliqəli şəkildə oynadılar".