Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Offsideplus.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 25-ci turunda keçirilən oyunlarla bağlı qərarlar verilib.

“Zirə” – “Şamaxı” oyununda “Zirə” oyun günü planı tələblərini pozduğuna görə 800 manat cərimələnib. 

“Səbail” – “Sumqayıt” oyununda “Səbail”in azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə klub 4000 manat cərimələnib. “Səbail”in oyunçusu Qustavo de Fransa rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib. 

“Sumqayıt”ın nümayəndəsinin iclasa gecikməsinə görə klub 800 manat cərimələnib.

“Sabah” –“Kəpəz” oyununda “Sabah”ın futbolçusu Anatoli Nuriyev ikinci sarı vərəq alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib. 

“Kəpəz”in futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 2 oyunluq cəzalandırılıb, klub 1600 manat cərimələnib.  “Kəpəz”in azarkeşləri tərəfindən oyunun hakimlərinin kütləvi təhqir edilməsinə görə klub 4000 manat cərimələnib. 

“Qəbələ” –“Qarabağ” oyununda “Qarabağ”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.