Azərbaycan kubokunda 2018/19 mövsümünün formatında dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, növbəti mövsümdə kubok uğrunda mübarizə 1/16 deyil, 1/8 final mərhələsindən başlayacaq. Bu mərhələnin oyunları bir matçdan ibarət olacaq.

 Format dəyişikliyi 1-ci divizion klublarının  sayının azaldılması ilə bağlıdır. 

Qeyd edək ki, ölkə kubokunun final görüşü mayın 19-da reallaşacaq.