"Keşlə" Albaniyanın "Kukesi" klubunun iki futbolçusunu transfer edə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Albaniya mediası məlumat yayıb. Xəbərdə bildirilir ki, Bakı klubunun yeni baş məşqçisi Mladen Milinkoviç "Kukesi”də rəhbərliyi altında çıxış etmiş müdafiəçilər - Valen Etemi və Rustem Hocanın xidmətində maraqlıdır.
 
Məlumata görə, serb mütəxəssis "Qarabağ”la Çempionlar Liqasının cavab oyunu üçün Bakıya gələn hər iki futbolçu ilə görüşüb. Görüşdə ötən il "Kukesi”də çıxış edən Rauf Əliyev də iştirak edib. Hətta artıq "Kukesi" rəhbərliyi də bu futbolçuların transferinə icazə verib.(fanat.az)