“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 23-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Çox yaxşı mübarizə apardılar. Son turda gözlənilməz və məyusedici şəkildə uduzmuşduq. “Qarabağ” isə avrokuboklarda yaxşı oyunla vacib qələbə qazanmışdı. Matça istəkli başladıq. Rəqibə oyunboyu pressinq tətbiq edirdik. Yaxşı əks-hücumlarımız oldu. 90 dəqiqə ərzində rəqibə qol imkanı vermədik. Ən azından bir xala layiq idik. Amma futbolda bəzən işlər istədiyimiz kimi getmir. Xala layiq idik, amma uduzduq".

Videonu sizə təqdim edirik: