Geridə qoyduğumuz həftə PFL 2022/2023 mövsümünün sonuna qədər Misli Premyer Liqası və I Divizion matçlarının internet üzərindən yayımının yalnız “Insports.tv” saytı və tətbiqində mümkün olacağı ilə bağlı xəbər yaymışdı.

Lakin ötən turun çempionat oyunları paralel olaraq həm də "CBC Sport"un rəsmi saytında canlı olaraq yayımlandı. Telekanalın baş redaktoru Şəmsəddin Abbasov Offsideplus.az-a açıqlamasında qarşılaşmaların bundan sonra da saytda yayımlanacağını bildirib:

"Bəli, rəsmi internet səhifəmiz oyunları tam efirimizdə olduğu kimi canlı yayımlayacaq".

Qeyd edək ki, “Insports.tv”də çempionat oyunları üçün aylıq abunəlik haqqı 10 avro, I Divizion klubları üçün isə 4 avrodur.

Günay Xəlil