"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə cəzalı duruma düşüb.

Offsideplus.az xəbər verir ki, buna onun Misli Premyer Liqasının 21-ci turunda hazırda davam edən "Kəpəz"ə qarşı matçda bu mövsüm 4-cü sarı vərəqə alması səbəb olub. Beləliklə, 25 yaşlı müdafiəçi ölkə çempionatının 22-ci turunda "Sabah"la görüşü buraxacaq.

 "Qarabağ" - "Sabah" oyunu fevralın 11-i keçiriləcək.