"Zirə" klubunun yeni transferi Donal Geryenin qəsəbə təmsilçisində rəsmi debütü uğursuz alınıb.

Offsideplus.az xəbər verir ki, haitili müdafiəçi ilk oyununda qırmızı vərəqə alıb. Bu, Misli Premyer Liqasının 20-ci turunda hazırda davam edən "Neftçi" ilə matçda baş verib. O, 74-cü dəqiqədə rəqib oyunçuya kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, Gerye yanvarın 28-i "Zirə"yə transfer olunub.