Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının 19-cu turunda keçirilən oyunlarla bağlı aşağıdakı qərarlar verilib.

“Turan Tovuz” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə olunub.

"Turan Tovuz" klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub. 

“Kəpəz”-“Qəbələ” oyununda təcili tibbi yardım avtomobili oyuna gecikdiyinə görə meydan sahibi klub 1600 manat cərimə olunub. Oyundan əvvəl polis nümayəndəsi iclasa gəlmədiyinə görə meydan sahibi klub 800 AZN cərimə olunub.