Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqibi Belçika millisi yoxlama görüşü keçirəcək. 

Offsideplus.az xəbər verir ki, yığmamızın seçmə mərhələdəki rəqibi Almaniya millisi ilə qarşılaşacaq. Matç martın 28-də Köln şəhərində baş tutacaq.

Belçika Almaniya ilə oyundan dörd gün əvvəl isə seçmə mərhələnin ilk turu çərçivəsində, İsveçlə üz-üzə gələcək. 

Qeyd edək ki, Azərbaycan  və Belçika komandaları arasındakı ilk oyun sentyabrın 9-da Bakıda keçiriləcək. Noyabrın 19-da isə millimiz rəqibi ilə Brüsseldə görüşə çıxacaq.