Region Liqasında qış qasiləsindən sonra ilk oyununa hazırlaşan "Füzuli" klubu növbəti transferini reallaşdırıb. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, bölgə təmsilçisi bu dəfə təcrübəli yarımmüdafiəçi ilə gücləndirilib. 

Əziz Hüseynov karyerası ərzində "Karvan", "Qəbələ", "Araz Naxçıvan", "Neftçala", "Şəmkir", "Turan Tovuz", "Rəvan" və digər komandaların şərəfini qoruyub.