"Qarabağ" klubu ötən gün Albaniya millisinin futbolçusu Redon Cicanın transferini rəsmi olaraq açıqlayıb.

Ağdam təmsilçisi son olaraq ölkəsinin "Tirana" komandasında çıxış edən futbolçu ilə 3,5 illik müqavilə imzalayıb. Offsideplus.az 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə bağlı bilmədiyiniz bəzi faktları təqdim edir:

Sağ ayağı işlək olan futbolçu sol cinah mövqeyində çıxış edir. O, həmçinin mərkəz hücumçusu mövqeyində də oynaya bilir. "Transfermakt"də hazırkı dəyəri 550 000 avro məbləğindədir.

Albaniya U-21 millisində 10 matça çıxıb. 2022-ci ilin oktyabr ayından Albaniya milli komandasına dəvət olunub və yığmanın heyətində 2 oyun keçirib.

Karyerası boyunca yalnız Albaniyada oynayan Redon "Şkendiya"nın yetirməsidir. Cica 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub. 

Futbolçunun "Tirana"nın heyətində 2021-2022 mövsümündə vurduğu qolları təqdim edirik: