Məhşur italyan oyun qurucusu Andrea Pirlo məşqçiliyə başlayıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis ölkəsində çalışacaq. O, İtaliya millisinin məşqçisi təyin olunub. 39 yaşlı çalışdırıcı yeni baş məşqçi Roberto Mançininin köməkçilərindən biri qismində fəaliyyət göstərəcək. Sabiq yarımmüdafiəçi artıq İtaliya Futbol Federasiyası ilə müqavilə bağlayıb.

Pirlo son olaraq "Nyu York Siti”də top qovub və ötən il butslarını mıxdan asıb.(fanat.az)