Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz" bu gün növbəti yoxlama oyununa çıxacaq. 

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Serbiyanın "Novi Pazar" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, ilk yoxlama oyununda Macarıstan təmsilçisi "MTK Budapeşt"i (1:0) məğlub edən Tərlan Əhmədovun komandası sonuncu matçda isə yanvarın 18-də "Kaysar" (Qazaxıstan) ilə qarşılaşacaq.