Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Səbail" bu gün son yoxlama matçını keçirəcək

Offsideplus.az xəbər verir ki, "dənizçilər" Serbiyanın "Spartak Subotiça" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, "Səbail" Antalyadakı ilk yoxlama oyununda Polşa "Legiya"sı ilə (2:2) və Çexiya təmsilçisi "Bohemians 1905"lə (0:0) heç-heçə edib.