Türkiyənin Qadınlar Super Liqasının oyununda Azərbaycan millisinin iki futbolçusu üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, Kristina Bakarandzenin çıxış etdiyi "Qalatasaray" Nazlıcan Parlakın formasını geyindiyi "Fənərbağça" ilə qarşılaşıb.

Matç “Qalatasaray”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

​Hər iki futbolçu 90 dəqiqə meydanda olub.