Ermənistan yığmasının yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, komandanı bundan sonra ukraynalı Aleksandr Petrakov çalışdıracaq.

Bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb. 

Petrakovun sonuncu iş yeri Ukrayna yığması olub. O, bu komandadan bir neçə gün əvvəl ayrılmışdı. 65 yaşlı mütəxəssis 2021-ci ildən sözügedən komandaya rəhbərlik edirdi.

Qeyd edək ki, Petrakovdan əvvəl Ermənistan millisinə ispaniyalı Xoakin Kaparros rəhbərlik edib.