"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" “Medz Leqnisa” (Polşa) komandası ilə qarşılaşacaq. Görüş saat 12:30-da başlayacaq. 

Qeyd edək ki, "Neftçi" Antalyadakı ilk yoxlama matçında Macarıstan təmsilçisi “Vaşaş” ilə heç-heçə edib (1:1). Komanda yanvarın 19-da isə Serbiyanın “Srvena Zvezda” klubu ilə üz-üzə gələcək.