"Qarabağ" klubu Adama Diakabini heyətinə qatıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı vingerlə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Seneqal əsilli fransalı solaxay futbolçu sol cinah vinger mövqeyində çıxış edir. Mərkəz hücumçusu və sağ cinah vinger mövqeyində də oynaya bilir. "Transfermakt"də hazırkı dəyəri 800 000 avro məbləğindədir.

Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib. O, karyerası ərzində 151 oyuna çıxıb, 9 qol vurub, 9 assistə imza atıb. 

Bundan əlavə, sonuncu dəfə "Amyen"in formasını geyinən Diakabi 2022-ci ilin iyul ayından bəri klubsuz idi.