"Sabah" klubunun seneqallı futbolçusu Abdulaye Ba karyerasını başa vurması ilə bağlı Qaret Beyl barədə paylaşım edib.

Offsideplus.az xəbər verir ki, İspaniyada "Rayo Valyekano"nun formasını geyinən 32 yaşlı müdafiəçi "Real Madrid"in uelsli əfsanəsi ilə birlikdə fotosunu paylaşaraq bu sözləri deyib:

 "Həyatımızı biz qurmuruq, onu yaşayırıq. Yaşıl meydanları bölüşməyimiz böyük şərəfdir. Böyük və ya kiçik hər bir nailiyyətin öz dönəmi var: başlanğıc, mübarizə və zəfər. Həyatının yeni mərhələsində uğurlar arzulayıram".