Portuqaliya millisinin yeni baş məşqçisi müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, analoji posta Roberto Martinez təyin olunub. Bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. Lakin 49 yaşlı mütəxəssislə imzalanan müqavilənin detaları açıqlanmayıb. 

Qeyd edək ki, Portuqaliya millisini son olaraq Fernando Santuş çalışdırıb. O, DÇ-2022-dən sonra istefaya göndərilib.