"Qarabağ"ın futbolçusu Kvabena Ovusu Macarıstanın "Ferentsvaroş" klubu ilə müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, Budapeştə yollanan qanalı hücumçu 2 illik sözləşməyə imza atıb.

25 yaşlı forvard cari mövsümün sonunda yeni komandasına qoşulacaq.

Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Kvabena Ovusunun "köhlən atlar"la müqaviləsi bu ilin yayında başa çatacaq.(report.az)