"Sabah" klubu “Real” və PSJ kimi klublarda çıxış etmiş hücumçu ilə razılığa gəlib.
Offsideplus.az “Report”a“istinadən xəbər verir ki, söhbət hazırda Türkiyə Superliqa təmsilçisi “Ankaragücü”nün formasını geyinən Xese Rodrigesdən gedir. 29 yaşlı hücumçu “Sabah”la anlaşmağa yaxındır.
Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.
Qeyd edək ki, karyerası ərzində Madrid klubu ilə yanaşı PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq” kimi klublarda çıxış etmiş Xese, 2022-ci ildən oynadığı “Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.