"Krasnodar" klub  Kadi Borgesin transferi ilə bağlı "Qarabağ"la razılığa gəlib.

Offsideplus.az Sportlife.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 2023-cü il yanvar ayının 12-də Dubayda Rusiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq. Klubun təlim-məşq toplanışı Dubayda olduğu üçün Kadi birbaşa ora yollanacaq.

Qeyd edək ki, Kadi Borges 2021-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun satış qiyməti 1,2 milyon avro məbləğində dəyələndirilir.