Bugünlərdə Azərbaycan futbol ictimaiyyətində əsas müzakirə mövzusu "Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borgesin klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərdir.
26 yaşlı hücumameyilli yarımmüdafiəçinin Rusiyanın "Krasnodar" klubuna keçəcəyi gözlənilir. Keçidin isə 5 milyon avroya başa gələcəyi ehtimal olunur.
Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən millimizin sabiq üzvü, "Neftçi"nin keçmiş idman direktoru Ceyhun Sultanov qeyd olunan məbləğ qarşılığında Kadinin satılmasını məqbul sayıb:
"Əgər yazılan məbləğ doğrudursa, o zaman "Qarabağ"ın Kadini satmasını müsbət addım sayardım. Çünki Ağdam klubu həmin maliyyə ilə Kadidən də keyfiyyətli futbolçu ala bilər. Bu, "Qarabağ" üçün xeyirli olar. Düzdür, "Qarabağ"da tanınıbsa və bu komandada ona rahatdırsa, qalmağı məsləhətdir. Lakin getmək istəyirsə, buna da normal yanaşmaq lazımdır".
Qeyd edək ki, Kadinin "Qarabağ"la 2027-ci ilədək müqaviləsi var.
Daşqın Əziz