"İnanıram ki, qarşıdakı ildə də birlikdə uğurlar qazanacağıq".

Offsideplus.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

2022-2023 mövsümünün geridə qalan ilk yarısını dəyərləndirən 30 yaşlı yarımmüdafiəçi azarkeşlərə də öz təşəkkürünü bildirib: "Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk yarısı başa çatdı. Azarkeşlərimizin böyük dəstəyi ilə möhtəşəm illərdən birini yaşadıq. Hələ həyəcan davam edir. Dəstəyiniz üçün təşəkkürlər. Bu alqışlar sizədir".

Qeyd edək ki, "Qarabağ" 18 turdan sonra 50 xalla turnir cədvəlinə başçılıq edir. "Köhlən atlar" ən yaxın izləyicisi "Sabah"ı 7 xal qabaqlayır.