Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniyaya qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Tallindəki 14 336 azarkeş tutumuna malik "Le Kok Arena"da baş tutacaq.

Estoniya – Azərbaycan matçı 2023-cü il oktyabrın 13-də keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.