Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Argentina milli komandasına DÇ-2022-nin çempionu olduğuna görə 10 milyon dollar pul mükafatı ayırıb. 

Offsideplus.az xəbər verir ki, bu haqda qurumun prezidenti Alexandro Dominges özünün "Tvitter" səhifəsində məlumat verib.

Bununla əlaqədar sözügedən məbləğin qeyd olunduğu plakat final matçından dərhal sonra, Argentinanın paltardəyişmə otağında komandaya təqdim edilib. 

Qeyd edək ki, Argentina finalda Fransa üzərində qələbə qazanaraq (əsas vaxt 3:3, penaltilər seriyasında 4:2) üçüncü dəfə dünya çempionu olub.