Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları oynanılıb.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub. İlk öncə "Qəbələ" evdə "Qarabağ"ı qəbul edib və 1:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Digər matçda isə "Sabah" öz meydanında "Səbail"i sınağa çəkib. İlk oyunda 2:3 hesabı ilə məğlub olan Murad Musayevin komandası bu qarşılaşmada 0:1 hesabı ilə uduzub. "Səbail" yarımfinala yüksələn ikinci komanda olub.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

19 dekabr

16:00. "Qəbələ" - "Qarabağ" 1:0
Qol: Ramon Maçado, 71

İlk oyun - 2:2
Qəbələ şəhər stadionu

19:00. "Sabah" - "Səbail" 0:1
Qol: Zakpa, 73.

"Bank Respublika Arena"