İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yığmadakı gələcəyi ilə bağlı qərarını müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis "Avro-2024"ə qədər millidə qalmaq istəyir. Bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbəyə görə, çalışdırıcının Miladdan əvvəl bu qərarını İngiltərə Futbol Assosiasiyasına (FA) bildirməsi gözlənilir. 

Baş məşqçi Avro-2024-ün sonuna qədər qüvvədə olan müqaviləni tam şəkildə bitirməyi planlaşdırır.

Xatırladaq ki, Sautqeytin rəhbərliyi altında İngiltərə DÇ-2018-in yarımfinalında və Avro-2020-nin finalında oynayıb.

Qeyd edək ki, son olaraq isə onun rəhbərliyi altında milli komanda DÇ-2022-də 1/4 finala kimi irəliləmiş və bu mərhələdə Fransaya məğlub olaraq (1:2) mübarizəni dayandırmışdı.