Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş yığmanı tərk edə bilər.

Offsideplus.az "Record"a istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası 68 yaşlı çalışdırıcı ilə görüşə hazırlaşır. Yaxın müddətdə onun Portuqaliya millisinin baş məşqçisi postundan istefası ilə bağlı qərarın veriləcəyi gözlənilir.

 Santuş və onun məşqçi heyəti istefaya göndəriləcəyi təqdirdə, onlar təxminən 3,75 milyon avro məbləğində təzminat tələb edəcəklər.

Qeyd edək ki, Portuqaliya DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeşə uduzaraq (0:1) mübarizəni dayandırıb.