Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan iki matçdan biri başa çatıb. "Zirə" "Neftçi"ni qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci görüşündə "Qəbələ" "Qarabağ"ın qonağı olub. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2. Meydan sahiblərinin heyətində Musa Qurbanlı dubl edib.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması dekabrın 19-u keçiriləcək.

8 dekabr (cümə axşamı)

20:30. “Qarabağ” – “Qəbələ” - 2:2

Qollar: Emil Səfərov, 25 (0:1), Musa Qurbanlı, 45 (1:1), Musa Qurbanlı, 84 (2:1), Omar Hani, 87 (2:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
“Azersun Arena”

18:00. “Zirə” – “Neftçi” - 1:0

Qol: Rəhim Sadıxov, 54
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu
Zirə İK stadionu