Misli Premyer Liqasının 15-ci turuna "Sumqayıt " - "Qəbələ" (1:1) oyunu ilə yekun vuruldu.

 Sözügedən görüşlə bağlı qonaqların futbolçusu İlkin Qırtımov Offsideplus.az-a fikirlərini bölüşüb:

"Çətin oyun olacağını bilirdik. "Sumqayıt" neçə görüş idi ki, qələbə qazana bilmirdi və öz meydanında bunu reallaşdırmaq istəyirdi. Hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Düşünürəm ki, qalib gəlsəydik bu gələcək matçlar üçün yaxşı motivasiya olacaqdı".

32 yaşlı müdafiəçi öz performansı barədə da danışıb:

"Ümumiyyətlə, belə düşünürəm ki, bu mövsüm pis oynamıram. Amma bugünkü matçda öz çıxışımdan razı qalmadım".
 

Offsideplus.az