Misli Premyer Liqasında 15-ci turun “Neftçi” – “Səbail” matçından (3:1) sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

- Bu mövsüm ilk dəfə 5 müdafiəçi ilə oynadıq. Rəqibi əks-hücumlarda yaxalamaq istəyirdik. Çünki “Neftçi”nin mərkəz müdafiəçiləri ağır oyunçular idi. İlk hissədə istədiklərimiz alınmadı və qol buraxdıq. İkinci hissədə 4-lü müdafiəyə qayıtdıq. Bundan sonra hücumda oyunumuz daha yaxşı idi. 2-ci qoldan sonra rəqib dayanmadı, qol vurmaq istəyirdi. Fərqi azaltdıq və yenə iki yaxşı şansımız oldu. Oyunun əsas qırılma nöqtəsi ikinci penalti idi. Başa düşürük, “Neftçi” çempionluğa oynayır. Bizim hədəfimiz başqadır. Hakimlər bir az diqqətli olsalar, daha yaxşı olar. O penalti olmasaydı, bəlkə də, hesabı bərabərləşdirərdik. Bu, bəhanə olmasın.

- İlk dəfə 5-li müdafiəyə üstünlük verdiz. Gələcəkdə bundan yararlanacaqsız? 

- Bunu məcburən etdik. Zədəlilərimiz var idi. Məcburən bunu seçdik. Heç yolxaşlıq matçlarında da belə oynamamışdıq. Hər halda, pis deyildi. Komanda müdafiədə yaxşı çıxış etdi. Gələcəkdə bundan istifadə edə bilərik.