Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində Avstriya ilə səfər oyununun Linsdə keçiriləcəyi dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, bunu Avstriya Futbol Assosiasiyasının maliyyə meneceri Bernhard Neuhold açıqlayıb.

O bildirib ki, seçmə mərhələdə Azərbaycan və Estoniya ilə ilk iki ev matçı yeni tikilən “Raiffeisen Arena”da baş tutacaq.

Qeyd edək ki, AÇ-2024-ün seçmə mərhələsinin ilk iki turunda Avstriya millisi martın 24-də Azərbaycanı, 27-də isə Estoniyanı qəbul edəcək.