"Mingəçevir" klubu Azərbaycan Kubokunda debüt edib.

Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi tarixində ilk dəfə kubok matçında meydana çıxıb. Komanda 1/8 final mərhələsində "Zirə"yə qarşı oyunda 0:2 hesabı ilə uduzub.

Mingəçevirin eyniadlı klubu ölkə kubokunun 30 illik tarixinə bu yarışda iştirak edən 154-cü komanda kimi düşüb.

Qeyd edək ki, cari mövsümədək 153 klub kubokda qüvvəsini sınayıb. Yalnız “Neftçi” 31 mövsüm bu turnirdə mübarizə aparıb.