"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bizim işimiz bu il qalan 4 oyuna hazırlaşıb, bacardığımız qədər nəticə qazanmaqdır".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/8 finalında "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, məğlubiyyətlə barışmadığını söyləyib: "Heç vaxt da barışmayacağam. Sadəcə olaraq, bütün vəziyyəti anlayıb, səbrli və təmkinli olmağa çalışıram. Komandanın çatışmayan cəhəti elə özüdür".