2022/23 mövsümü üzrə Azərbaycan Kubokuna start verilib.

Offsideplus.az xəbər verir ki, 1/8 final mərhələsi üzrə ilk oyun günündə 3 görüş keçirilib. "Səbail", "Turan Tovuz" və "Qəbələ" komandaları 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, 1/8 finalın "Sabah” - “Qaradağ Lökbatan”, “Mingəçevir” - “Zirə” və “Kəpəz” – “Sumqayıt” oyunları noyabrın 23-də baş tutacaq.

Azərbaycan Kuboku

1/8 final

22 noyabr

14:00. MOİK – “Səbail” 0:4

Qol: F.Mazurek, 18. Ə.Qarəhmədov, 30. Mirabdulla Abbasov, 75. Maksim Çex, 90.
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabbarov
Binə qəsəbə stadionu.

14:00. “Şamaxı” – “Turan Tovuz” 0:1

Qol: N.Oduva, 68.
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu.

15:00. “Qəbələ” – “Araz Naxçıvan” 5:0 

Qollar: Məqsəd İsayev, 29, Ramon Maçado, 56, İsnik Alimi, 60, Felipe Santos, 63, Ülvi İsgəndərov, 73

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu.