Memfis Depay DÇ-2022-də Niderland millisinin ilk oyununda iştirak etməyə bilər.

Offsideplus.az  xəbər verir ki, bu barədə baş məşqçi Lui van Qal Seneqalla baş tutacaq oyundan öncə mətbuat konfransında deyib.

Niderlandlı çalışdırıcı Depayın yoxluğunu rəqibin zədə səbəbindən mundialdan kənar qalan futbolçusu Sadio Manenin durumuna bənzədib:

“Bizim üçün Depayı itirmək rəqibin Maneni itirməsi qədər ağırdır. Memfis üçün çox darıxacağıq”.

 Qeyd edək ki, Niderland millisi DÇ-2022-də ilk oyununu Seneqala qarşı keçirəcək. Oyun bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək..