Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları üçün hakim təyinatları açıqlanıb.

Offsideplus.az PFL-in saytına istinadən xəbər verir ki, görüşləri adları aşağıda qeyd olunan hakimlər idarə edəcək:

22 noyabr (çərşənbə axşamı)

MOİK – “Səbail”
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az)

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu, 14:00 (canlı/ “CBC Sport”)

“Qəbələ” – “Araz Naxçıvan”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu, 15:00 (canlı/pfl.az)

23 noyabr (çərşənbə)

“Mingəçevir” – “Zirə”
Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00 (canlı/pfl.az)

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu, 14:00 (canlı/ “CBC Sport”)

“Sabah” – “Qaradağ Lökbatan”
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Babək Quliyev
“Bank Respublika Arena”, 17:00 (canlı/ “CBC Sport”)