Region liqasının 2 ci turu çərçivəsində növbəti görüş baş tutub.

Offsideplus.az xəbər verir ki, "Çinar- Zəngilan" səfərdə "Cəbrayıl"la qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyunda qonaq komanda 4-0 hesabı ilə qalib gəlib.

Görüşdə hesabı Sergey Markelov açıb. Ardınca Ülvi Quliyev 2-ci topu rəqib qapısından keçirdib. İlk hissənin son dəqiqələrində Sergey Markelov dublunu rəsmiləşdirib. Matçda son nöqtəni isə ikinci hissənin əvvəlində Eltun Hüseynov qoyub. 

Qeyd edək ki, Zəngilanlılar ardıcıl ikinci qələbəsini qazanaraq liderliyə yüksəlib.