Bu gün yoldaşlıq görüşündə millimizlə qarşılaşacaq Şimali Makedoniya yığması oyuna itkilərlə çıxacaq.

Offsideplus.az xəbər verir ki, hücumçu Boyan Miyovski zədə, müdafiəçi Ezqan Alioski isə ailəvi məsələlərə görə millimizə qarşı oynamayacaq. 

Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan matçı saat 17:00-da başlayacaq.