Şimali Makedoniya millisinin baş məşqçisi Blaqoya Milevski sabah Azərbaycan millisinə qarşı yoldaşlıq matçından öncə mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu sözləri deyib:

"Təəssüf ki, sabah Boyaj Miovski oynamayacaq. Şəxsi səbəblərdən də Ezyan Alioski də iştirak etməyəcək. Bu futbolçularımız olmadan meydana çıxacağıq. Hər oyuna qalib gəlmək üçün çıxırıq, sabah da eyni olacaq. Azərbaycanın yaxşı hazırlaşdığını bilirik, lakin ümid edirəm ki, yaxşı performansımız sayəsində qalib gələcəyik. Fərqli və yüksək keyfiyyəti olan rəqiblərə qarşı oynamağımız üçün israr etdim. Finlandiya millisi top komandadır, Azərbaycan yığmasının fərqli futbol nümayiş etdirdiyi hiss olunur. Lakin son oyunda keyfiyyətlərini sübut etdilər, aydındır ki, baş məşqçi yaxşı işlər görür. Onların yaxşı xarakterləri var və aqresivdirlər. Biz də keyfiyyətli komandayıq, Finlandiyaya qarşı son matçımızdakı zəifliklərimiz üzərində çalışmışıq".

Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq.