Şimali Makedoniya milli komandasının baş məşqçisi Blaqoya Milevski Azərbaycan yığmasından danışıb.

Offsideplus.az xəbər verir ki, 51 yaşlı mütəxəssis mətbuat konfransında yoldaşlıq oyunu keçiərəcəkləri Finlandiya və Azərbaycan millilərini keyfiyyətli komanda adlandırıb:

"Millətlər Liqası bizi gözləyir. Mart ayındakı seçmə mərhələdən öncə Finlandiya və Azərbaycana qarşı iki oyunumuz var. Yığma üçün faydalı olacaq müxtəlif variantları sınayacağıq. Keyfiyyətli komandalara qarşı oynamaq üçün israr etdim. Finlandiya super komandadır, onların son püşkatmada ikinci səbətdə olması təsadüfi deyildi. Bilirsiniz ki, yaxşı qrupumuz var və buna görə də keyfiyyətli rəqiblərlə yoldaşlıq matçlarına ehtiyacımız var".

Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan yoxlama matçı noyabrın 20-də keçiriləcək.