“Sabah” klubu Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq müqavilənin müddəti artırılıb. Yeni anlaşmanın müddəti 1+1 illikdir.

Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, paytaxt təmsilçisinin heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.