"Sabah" klubunun futbolçusu Davit Volkov Gürcüstan millisinə dəvət alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu Gürcüstan yığma komandasının formasını geyinəcək.

Qeyd edək ki, Gürcüstan millisi noyabrın 17-də Mərakeş yığma komandası ilə yoxlama oyunu keçirəcək.