"Turan Tovuz" Misli Premyer Liqasının 14-cü turu çərçivəsində sabah səfərdə "Kəpəz"lə qarşılaşacaq.

 Tovuz təmsilçisi Qərb derbisinə itkilərlə çıxacaq. Belə ki, komandanın 3 futbolçusu - Piruz Marakvelidze, Cavid Tağıyev və Ehtiram Şahverdiyev bu görüşdə iştirak etməyəcək.

"Turan Tovuz"un vingeri Natan Oduvanın oynayıb-oynamayacağı isə sabah bəlli olacaq.

Bu barədə məlumatı Offsideplus.az-a açıqlamasında klubun mətbuat katibi Süleyman Tağıyev verib.

Xatırladaq ki, Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 14:30-da başlayacaq.

Offsideplus.az