"Kəpəz" Misli Premyer Liqasının 14-cü turu çərçivəsində noyabrın 13-də evdə "Turan Tovuz"la qarşılaşacaq.

 Gəncə təmsilçisi bu matça ciddi itkilərlə çıxacaq. Belə ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektivin iki üzvü - hücumameyilli yarımmüdafiəçi Samir Məhərrəmli və Əfran İsmayılov zədəlidir.

Hər iki futbolçu Qərb derbisində komandaya kömək edə bilməyəcək.

Bunu Offsideplus.az-a açıqlamasında "Kəpəz"in mətbuat katibi Azad Mustafayev bildirib.

Qeyd edək ki, Gəncə şəhər stadionunda keçiriləcək oyunun start fiti 14:30-da veriləcək.

Daşqın Əziz